AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinə yekun vurulub

  • + A
  • - A
  • 7-12-2022, 14:37

    “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinə yekun vurulub

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni kreativ ideyaların uşaqların yaradıcı potensialının formalaşmasında müstəsna əhəmiyyətini nəzərə alaraq Respublikamızın ayrı-ayrı regionlarında uşaqların ictimai fəallığının artırılması məqsədilə “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinə start vermişdir.
    Bakı şəhərində təşkil edilən tədbirin davamı kimi rayonlarda yaşayan uşaqların fəallığının təmin edilməsi məqsədilə növbəti müsabiqədə Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı rayonu və Lənkəran şəhəri üzrə 14-18 yaş qruplarından olan uşaqlar hazırladıqları layihəni 30 noyabr 2022-ci il tarixinədək Dövlət Komitəsinin rəsmi səhifəsində yerləşdirilmiş link vasitəsilə elektron müraciət formasına yükləmişdirlər.
    Müsabiqənin məqsədi uşaqların şəxsiyyət kimi formalaşması, maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, uşaqların intellektual inkişafının stimullaşdırılması, onlarda sərbəst düşünmə və problem həlletmə qabliyyətinin inkişaf etdirilməsi, istedadlı uşaqların cəmiyyətə təqdim olunması məqsədi daşıyır.
    Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin mükafatlandırma mərasimi 8 dekabr 2022-ci il tarixində, saat 12:00-da Lankaran Springs Wellness Resort otelində keçiriləcəkdir.
    Tədbirin sonunda kreativ yanaşma tərzinə görə fərqlənən layihələrin sahiblərinə diplom, kubok, planşet və digər hədiyyələr təqdim ediləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR