İsrailin suveren bir dövlətdə bunu etməsini pisləyirəm. Əslində, İsrail Baş naziri Benyamin Netanyahunun ifrat sağçı hökumətinin zərbələr endirmək üçün qonşu ölkələrə sızmasını qəbul etmirəm.
Azadmedia.az xəbər verir ki, bunu fransalı siyasətçi Matilde Panot HƏMAS siyasi bürosunun sədr müavini Saleh əl-Arurinin Livanda öldürülməsinə münasibət bildirərkən deyib. Belə ki, o bu cür hərəkətlərin beynəlxalq hüquqa uyğun olmadığını, Livanın suveren dövlət olduğunu vurğulayıb:
“Baxın, məsələn, belçikalı hərbi cinayətkar və ya terror aktı törətdiyi iddia edilən biri Parisdə gizlənsəydi və Belçika bu şəxsi Parisdə öldürmək üçün pilotsuz təyyarələr göndərsəydi, mən sevinməzdim".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.