NATO 155 mm-lik artilleriya sursatlarının alınması üçün 1,2 milyard dollarlıq müqavilə imzalayıb.
Azadmedia.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
Belə ki, “Biz elə indicə 1,2 milyard dollar dəyərində 155 mm-lik artilleriya sursatının alınması üçün müqavilə bağladıq. Bu, NATO-ya öz müttəfiqlərini qorumaqla yanaşı, Ukraynaya yardımı davam etdirməyə imkan verəcək”, - deyə Stoltenberq bildirib.
Qeyd edək ki, NATO Dəstək və Satınalma Agentliyinin baş direktoru Steysi Kamminqs isə bildirib ki, üzv ölkələr sursatları imzalanmış müqaviləyə əsasən 24-36 ay ərzində alacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.