Sənaye üzrə
2024-cü ilin yanvar-dekabr ayları ərzində 88672,8 min manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40,6 faiz az sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir.
Məhsulun 80,3 faizi mədənçıxarma, 13,5 faizi emal, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Qeyri-dövlət sektorunda istehsalın həcmi 2023-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 24,1 faiz azalaraq 83149,7 min manat və ya sənaye məhsulunun 93,8 faizini təşkil etmişdir.
İstehlakçılara 88672,8 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 yanvar 2025-ci il tarixə sənaye müəssisələrinin anbarlarında 6793,7min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 7,7 faizini təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 2024-cü ilin yanvar-dekabr ayları ərzində 11935,5 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 13,5 faiz təşkil etmiş və 2023-cü ilin müvafiq dövrünə nisbətən 23,8 faiz artmışdır.
İçki məhsullarının istehsalı 14,4 faiz artaraq 3109,5 min manat olmuş və bölmənin məhsullarının 26,1 faizini təşkil etmişdir.
Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsininmüəssisələri tərəfindən 2024-cü il yanvar-dekabr aylarında 5206,9 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azalmışdır.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2023- cü ilin müvafiq dövrünə nisbətən 63,1 faiz artmış və 316,2 min manat təşkil etmişdir.
Gədəbəy Rayon Statistika İdarəsinin rəisi: İsmayıl Məmmədov