01 yanvar 2025-ci il tarixinə
Gədəbəy rayonunun əhalisi 101233 nəfər təşkil etmişdir. Əhalinin 14564 (14,4 faiz) nəfəri şəhər əhalisi, 86669 (85,6 faiz) nəfəri isə kənd əhalisindən ibarətdir. 2024-cü ildə əhalinin cins tərkibinə görə 50,5 faizini kişilər, 49,5 faizini isə qadınlar təşkil etmişdir.
2024-cü ildə 1000 körpə doğulmuş, 726 ölüm halı qeydə alınmış və təbii artım isə 274 nəfər olmuşdur. Əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə doğum 10,7-dən 9,9-a, ölüm 7,9-dan 7,2-ə və təbii artım 2,8-dən 2,7-ə qədər azalmışdır. 1 yaşadək ölən uşaqların sayı 10 nəfər olmuşdur.
2024-cü ildə 474 nikah və 134 boşanma halları qeydə alınmışdır. Əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,8-dən 4,7-ə və 1,8-dən 1,3-ə qədər azalmışdır.
Şəhər əhalisi üzrə 41 nigah və 29 boşanma, kənd əhalisi üzrə isə 433 nigah və 105 boşanma halları qeydə alınmışdır.
Gədəbəy Rayon Statistika İdarəsinin rəisi İsmayıl Məmmədov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.