AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Füzuli rayonunda irimiqyaslı layihələr uğurla həyata keçirilir

  • + A
  • - A
  • Bu gün, 17:27

    Füzuli rayonunda irimiqyaslı layihələr uğurla həyata keçirilir

    Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri sürətlə davam edir. Qarabağın qapısı sayılan Füzuli rayonu bu istiqamətdə xüsusi önəm daşıyır. Dövlətimizin başçısının Füzuliyə hər səfəri bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.

    Cənab Prezident İlham Əliyevin son səfəri zamanı Füzuli şəhərində və rayonun kəndlərində icra olunan iri infrastruktur layihələrinin gedişi ilə tanış olması görülən işlərin miqyasını bir daha göstərdi. Qısa müddət ərzində şəhərdə müasir yol-nəqliyyat sistemi, enerji və kommunikasiya xətləri, sosial obyektlər, məktəblər və tibb müəssisələri istifadəyə verilib.

    Füzuli Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması bölgənin strateji və iqtisadi əhəmiyyətini daha da artırıb. Həmçinin Füzuli şəhərində inşa edilən yeni yaşayış kompleksləri, “ağıllı şəhər” konsepsiyasına uyğun binalar və sənaye zonalarının yaradılması burada dayanıqlı həyatın qurulmasına xidmət edir.

    Prezident İlham Əliyev səfər zamanı çıxışında vurğulayıb ki, Füzuli şəhərinin bərpası Azərbaycanın gücünün, iradəsinin və xalqımızın doğma torpaqlara qayıdış əzminin bariz nümunəsidir.

    Bu gün Füzuli rayonunda həyata keçirilən layihələr təkcə regionun deyil, bütövlükdə ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Qarabağın yeni siması – müasir, yaşıl, ağıllı Füzuli Azərbaycanın gələcəyə inamla addımladığını təsdiqləyir.



    Eldar Kazımov, YAP Masallı rayon təşkilatının məsləhətçisi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR