AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göyçayda bəzi küçələr, məhələlər və dalanlar asvatlanır

  • + A
  • - A
  • 29-04-2021, 21:40



    Göyçay rayon sakinlərinin rahatlığını təmin etmək məqsədilə rayon ərazisində aparılan asfaltlama və abadlıq işləri növbəti fazaya daxil olub. Göyçay rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonunun müxtəlif ünvanlarındakı yollarda, xüsusən də məhəllə daxili ərazilərdə, asfalt örtüyü təzələnir.
    Göyçay şəhərində küçələrə, məllə və dalanlara asfalt örtüyü çəkilir. Nəqliyyat vasitələrinin və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə rayon icra hakimiyyəti tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində şəhərimizdə, eləcə də kəndlərimizdə küçələrin, səkilərin əsaslı təmiri və yenidən qurulması işləri aparılır. Yolların yenilənməsi həyata keçirilərkən ilk növbədə Göyçay şəhər sakinlərinin təklifləri nəzərə alınıb. Asfaltlama və təmir-bərpa işləri əsasən yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan torpaq əsaslı küçə və yollarda aparılır. Asfaltlama işləri çərçivəsində küçə boyu köhnə örtük sökülür, yararsız qrunt qazılaraq çıxarılır. Daha sonra isə yeni asfalt örtüyü döşənir.
    Hazırda bu tədbirlər şəhərin 49 və 50 ci məhələlərində aparılır. 49 və 50 ci məhəllələri əsaslı şəkildə yenidən qurulur. Səkilər yeni bardyorlarla çərçivələnərək asfaltlanır, yeni lüklər quraşdırılır, yolun yatağına çınqıl döşənərək bərkidildikdən sonra buraya asfaltın döşənməsi aparılır.

    Bildirək ki, Layihə çərçivəsində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün qrafik şəklində yollar bərpa-təmir olunaraq, asvaltlanır.
    Bundan başqa, yenidənqurma işlərinə uyğun olaraq küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Kanalizasiya quyularının qapaqları yenilənib, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdirilib, hərəkətin normal təşkili üçün yol-cizgi və yol-göstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri həyata keçiriəcək. Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq-quruculuq işləri davam etdirilir.

    Göyçay rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin müraciət və təklifləri nəzərə alınaraq yeni layihələr müzakirə olunur. Rayon rəhbəri vaxtaşırı olaraq gedən işlərin gedişatı ilə tanış olaraq, lazimi tapşırıq və tövsiyələrini verir.

    Qeyd edək ki, küçələrə asfalt döşənib və hazırda son tamamlama işləri görülür. Bununla paralel şəkildə rayon ərazisində abadlıq-quruculuq işləri də aparılır. Ağaclar və gül kolları əkilir, ərazidə təmizlik işləri aparılır, mövcud ağaclar budanır, səliqə-səhman yaradılır. Bu işlər həmçinin şəhərin ərazisində dalan və ara küçələrdə də həyata keçiriləcək.
    Göyçayda bəzi küçələr, məhələlər və dalanlar asvatlanır





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR