AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub - FOTO

  • + A
  • - A
  • 13-02-2023, 18:49

    Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub - FOTO



    Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinə məktəblilərin növbəti ekskursiyası təşkil olunub.

    Azadmedia.az xəbər verir ki, Fevralın 6-dan etibarən növbəti dəfə başlayan ekskursiyalarda Masallı rayon İcra Hakimiyyəti, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Həsənov, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti iştirak edib.

    Burada onlara Mərkəzin əməkdaşları tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponat, fotoşəkillər, kitablar haqqında ətraflı məlumat verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

    Ekskursiyalar şagirdlərdə xoş təəssürat yaradıb.

    Ekskursiyaların sonunda xatirə şəkilləri çəkdirilib.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR