Ötən gün Ermənistan Silahlı Qüvvələrinin 2 müddətdən artıq hərbi qulluqçusu - Karen Şahnazaryan və Ağasi Ovannisyan itkin düşüb.
Azadmedia.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi itkin düşən hərbçilərlə bağlı mətbuatda yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.
Nazirlik açıqlamasında 2 hərbçinin itkin düşdüyünü təsdiqləyib: “Martın 21-də güclü qar fırtınası şəraitində bir hərbi bazadan digərinə keçid zamanı iki müqaviləli hərbçi ilə əlaqə kəsilib”.
Qeyd olunub ki, güclü qar çovğunu axtarış-xilasetmə işlərinə maneələr yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.