Metroda nasazlıq aradan qaldırıldı — hərəkət bərpa olundu

Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yaranan texniki problem aradan qaldırılıb.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarın nasazlığı səbəbindən qısa müddətli gecikmə yaranıb.
Nasaz qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılıb. Bundan sonra Qırmızı xətt üzrə qatarların hərəkət intervalı bərpa edilib.
Məlumata görə, hadisə zamanı Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkətdə problem olmayıb və qatarlar müəyyən olunmuş qrafiklə hərəkət edib.
Qeyd edək ki, texniki problem səbəbindən “Xalqlar Dostluğu” stansiyasının platformasında sərnişin sıxlığı yaranmışdı.
“Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, vəziyyətlə bağlı təhlükəli hal yoxdur və problem qısa müddətdə həll olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.