AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov Masallıda vətəndaş qəbulu keçirib

  • + A
  • - A
  • Bu gün, 17:52

    Millət vəkili Məşhur Məmmədov Masallıda vətəndaş qəbulu keçirib


    Milli Məclisin deputatı Məşhur Məmmədov Masallıda ənənəvi vətəndaş qəbulu keçirib. Qəbul zamanı seçicilərin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub.

    Yeni dərs ilinin başlanması ərəfəsində keçirilən qəbulda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və Masallı Təhsil Fondunun rəhbəri Hüseyn Hüseynov iştirak ediblər.

    Müraciətlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq addımların atılması üçün tapşırıqlar verilib.

    Deputat Məşhur Məmmədov bildirib ki, vətəndaşların müraciətlərinin diqqətdə saxlanılması, onların problemlərinin həllinə həssas və məsuliyyətli yanaşılması fəaliyyətinin əsas prioritetlərindəndir. Deputat qeyd edib ki, vətəndaş məmnuniyyəti və seçicilərin etimadını doğrultmaq əsas məqsədlərdəndir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR