AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəngəzur dəhlizi Mehridən deyil, Qara göl ətrafından keçəcək? - NƏ BAŞ VERİR?

  • + A
  • - A
  • 21-05-2021, 15:00

    Zəngəzur dəhlizi Mehridən deyil, Qara göl ətrafından keçəcək? - NƏ BAŞ VERİR?

    May ayının 12-dən etibarən Azərbaycan-Ermənistan sərhəddində yaşanan gərginlik davam edir. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Ordusu dövlət sərhədlərini bərpa etmək məqsədi ilə mövqelərini irəli çəkib və möhkəmlənmə işləri aparır.

    Qeyd edək ki, Ermənistan tərəfi həmin ərazilərin onlara məxsus olduğunu iddia edərək, Azərbaycan hərbçilərinin geri çəkilməsini istəyir. Hətta mayın 17 və 18-də Qara göl, Vardenis, Sünik və Geqarkun istiqamətlərində hər iki tərəfdən olan hərbçilər arasında müxtəlif insidentlər də baş verib.

    Bilridək ki, Ermənistan mediası Azərbaycan Ordusunun gözlənilmədən Qara göl istiqamətində irəliləyərək, mövqe qurmasının başqa bir səbəbi olduğunu iddia edib. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, nəşr bunu Ermənistandan keçəcək nəqliyyat dəhlizi ilə bağlayıb. “Türkiyə və Azərbaycanın birgə maraqlarını təmin edəcək yol və ya dəhliz Mehridən deyil, Qara gölə yaxın ərazidən keçəcək. Həmin yolun Sünikin yuxarı hissəsindən çəkiləcəyi nəzərdə tutulub”.

    Qəzet iddia edir ki, məhz bu səbəbdən Azərbaycan Qara göl və onun ətrafındakı əraziləri hədəf seçib. “Hazırda bölgədə minlərlə Aazərbaycan əsgəri var. Ermənistan tərəfində isə hərbçilərin sayı azdır. Əsasən də yerli qüvvələrin imkanlarından istifadə olunur”.

    “Hraparak” yazır ki, Azərbaycan tərəfi artıq yeni yolun çəkilişinə başlayıb. “Qara gölün yaxınlığına kimi, yolun ilkin forması, torpaq hissəsi çəkilib. Bundan sonra isə həmin yolun davamının çəkilməsinə start veriləcək. Maraqlı məqam odur ki, erməni hərbçilər azərbaycanlı əsgər və zabitlərlə danışıq apararkən, onlara “bura niyə gəlmisiz” sualına cavab olaraq, “Biz heç nəyi həll etmirik. Yalnız əmrləri icra edirik. Bu vəziyyət sizin və bizim liderlər arasında əldə olunmuş razılaşmanın nəticəsidir” deyirlər.

    P.S. Bildirək ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizinin reallaşacağını bəyan etsə də, onun konkret olaraq hansı ərazilərdən keçəcəyi barədə heç bir məlumat verməyib. Ermənilərin iddiasına gəlincə, bunun mümkün olub, olmayacağı barədə qəti söz demək mümkün deyil. Yalnız məlum olan odur ki, məhz Laçın rayonundan keçməklə Qara göl yaxınlığından Naxçıvana cəmi 26 km məsafə var. Mümkündür ki, Azərbaycan tərəfi bu reallığı nəzərə alaraq, sərhədlərimizin məhz həmin hissədən bərpası və möhkəmləndirilməsini reallaşdırmağa başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR