Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.
Bununla əlaqədar Dövlət Sərhəd Xidmətindən bildirilib ki, belə məlumatlar həqiqəti əks etdirmir:
"Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.