Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərin ilkin mərhələsində şəxsi heyət, silah və döyüş texnikası cəmləşmə rayonuna çıxarılıb və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün hazır vəziyyətə gətirilib.
Müxtəlif mərhələlər üzrə keçirilən təlimlərdə artilleriyaçılar tank bölmələrinin dəstəyi ilə şərti düşmənin canlı qüvvəsi və zirehli texnikasının məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.