AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası oldu

  • + A
  • - A
  • 10-11-2021, 18:00

    MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası oldu


    Moskvadakı Beynəlxalq Hərbi Mərkəzdə MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası olub.

    AzadMedia.az xəbər verir ki, iclasda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edib.

    Rusiyanın müdafiə naziri Sergey Şoyqu iclasda çıxış edib. O deyib: “Birgə işlədiyimiz illər ərzində MDB ölkələrinin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinin ənənəvi istiqamətlərinin möhkəmləndirilməsinə və yeni istiqamətlərin inkişafına şərait yaradan etimadlı münasibətlər yaranıb”.

    Şoyqu vurğulayıb ki, təşkilatın qarşıdan gələn 30 illik yubileyi ərəfəsində bu görüş rəmzi xarakter daşıyır. Onun sözlərinə görə, Müdafiə Nazirləri Şurası formatı tərəfdaşlığın spektrini genişləndirməyə və MDB-nin hərbi təhlükəsizliyinin təmin olunması üçün səmərəli qərarlar qəbul etməyə imkan verir.

    “Əminəm ki, bugünkü iclas da konstruktiv şəraitdə keçəcək, onun yekunları dövlətlərimizdə sülhün və sabitliyin qorunub saxlanmasına kömək edəcək”.

    Nazirlər iclasdan əvvəl Aleksandr bağındakı naməlum əsgər məzarının önünə tər çiçəklər qoyub, Böyük Vətən müharibəsi cəbhələrində həlak olmuş döyüşçülərin xatirəsini bir dəqiqlik sükutla yad ediblər.

    MDB ölkələrinin müdafiə nazirləri 2022-ci il üçün birgə tədbirlər planını təsdiq edib, hərbi əməkdaşlığın inkişafı perspektivlərini müəyyən ediblər.

    2022-ci ildə MDB ölkələri hava hücumundan müdafiə üzrə “Regional təhlükəsizlik -2022” adlı komanda-qərargah kompüter təlimi keçirəcəklər.

    İclas iştirakçıları hərbi-topoqrafik və hidrometeoroloji təminat sahəsində praktiki qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi barədə razılığa gəliblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR