Qırğızıstanın təşəbbüsü ilə Ağdamda orta məktəb inşa ediləcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşündə bildirilib.
Belə ki, "Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyi təqdirəlayiqdir, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir", - deyə məlumatda qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.