AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda kosmik miqyas qalmaqalı

  • + A
  • - A
  • 9-07-2024, 20:56

    Ermənistanda kosmik miqyas qalmaqalı

    Bir sıra ölkələr Paşinyandan digər dövlətlərin aparatlarının işini pozan “Hayasat-1” və “Armsat-1” peyklərini orbitdən geri qaytarmağı tələb edir,. Azadmedia.az xəbər verir ki, bu barədə “Joxovurd” yazır.

    Qəzetin yazdığına görə, erməni peyklərinin buraxılması düzgün hesablanmayıb və qeyri-peşəkar şəkildə həyata keçirilib. 

    İspaniyanın Satlantis şirkəti tərəfindən Ermənistan üçün istehsal edilən Armsat-1 peyki 2022-ci ilin mayında orbitə buraxılıb.

    “Hayasat-1” Ermənistan istehsalı olan ilk peykdir və 2023-cü il dekabrın 1-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından orbitə buraxılıb.

    İyulun əvvəlində ABŞ-da əvvəllər taksi sürücüsü işləmiş Avet Poqosyanın Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini vəzifəsindən istefa verməsi məlum olub. Məhz o, kosmik proqrama nəzarət edirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR