Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburqda keçiriləcək sessiyasında iştirak etməyəcək. Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Tədbir Rusiyanın Sankt-Peterburq şəhərində iyulun 12-də baş tutacaq.
Ermənistanın yüksək vəzifəli şəxsləri uzun müddətdir ki, MDB və ya KTMT çərçivəsində keçirilən tədbirlərdə iştirakdan imtina edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.