AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Müharibədən zərərçəkənlərə psixoloji dəstək” adlı layihə çərçivəsində Tərtər rayonunda 3 -cü tədbir keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 25-07-2024, 14:16

    "Müharibədən zərərçəkənlərə psixoloji dəstək” adlı layihə çərçivəsində Tərtər rayonunda 3 -cü tədbir keçirildi - FOTOLAR


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Müharibədən zərərçəkənlərə psixoloji dəstək” adlı layihə çərçivəsində 24.07.2024- cü il tarixində Tərtər rayonunda 3 -cü tədbir keçirildi.

    QHT.az xəbər verir ki, layihə rəhbəri Ə.Məmmədova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Ekspert/psixoloq A.İmanova müharibədən zərər çəkmiş insanlara (Məcburi köçkün, şəhid, qazi ailələri) dövlət qayğısı, qayıdışla bağlı geniş məlumat verdi. Tərtər Peşə litseyində keçirilən tədbirdə Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri, Ətrabə Məmmədova, ekspert/psixoloq Aliyə İmanova, Regional Gender Mərkəzi İB-nin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının üzvü, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ş.Dadaşova və Tərtər rayonunun Şıxarx, Hacıqərvənd, Həsənli, Evoğlu kəndlərindən və şəhərdən olan müharibədən zərər çəkmiş ailələr iştirak etdi.

    Ş.Dadaşova Qayıdışla bağlı məlumat verdi. Sonra mövzu ətrafında müzakirələr oldu və iştirakçılar öz təssüratlarını bölüşdülər. İştirakçıları maraqlandıran suallar cavablandırıldı və təklifləri dinlənildi. Layihə rəhbəri Ə.Məmmədova tədbirin uğurlu alınmasında dəstəyinə görə Tərtər Rayon İcra hakimiyyətinin başçısı Cənab Müstəqim Məmmədova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Rəqsanə Quliyevaya tədbirin keçirilməsində dəstəyinə görə təşəkkür etdi.

    Iştirakçılardan B.Sevda, H.Nuranə, M.Nuridə, M.Vüsalə və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinə təşəkkür etdilər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR