AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Müharibədən zərərçəkənlərə psixoloji dəstək” adlı layihə çərçivəsində ilk tədbir keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 24-07-2024, 22:01

    “Müharibədən zərərçəkənlərə psixoloji dəstək” adlı layihə çərçivəsində ilk tədbir keçirildi - FOTOLAR


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Müharibədən zərərçəkənlərə psixoloji dəstək” adlı layihə çərçivəsində iyulun 22-də Tərtər rayonunda ilk tədbirini keçirildi.

    QHT.az xəbər verir ki, Tərtər Peşə litseyində keçirilən tədbirdə Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri, Ətrabə Məmmədova, ekspert, psixoloq Aliyə İmanova, Tərtər Rayon İcra Hakimiyyətindən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Regional Gender Mərkəzi İB-nin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının üzvü, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ş.Dadaşova və Tərtər rayonundan müharibədən zərər çəkmiş ailələrdən 21 nəfər iştirak etdi.

    Layihə rəhbəri Ə.Məmmədova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Ekspert, psixoloq A.İmanova müharibədən zərər çəkmiş insanlara (Məcburi köçkün, şəhid, qazi ailələri) dövlət qayğısı, qayıdışla bağlı geniş məlumat verdi. Tərtər Rayon İcra Hakimiyyətindən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev müharibədən zərər çəkmiş insanlara dövlət tərəfindən görülən işlərdən danışdı. Ş.Dadaşova Qayıdışla bağlı məlumat verdi. Sonra mövzu ətrafında müzakirələr oldu və iştirakçılar öz təssüratlarını bölüşdülər.

    İştirakçıları maraqlandıran suallar cavablandırıldı və təklifləri dinlənildi. Layihə rəhbəri Ə.Məmmədova tədbirin uğurlu alınmasında dəstəyinə görə Tərtər Rayon İcra hakimiyyətinin başçısı Cənab Müstəqim Məmmədova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayevə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Rəqsanə Quliyevaya təşəkkür etdi. İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinə təşəkkür etdilər.

    Qeyd edək ki, layihə 3 ay müddətində Bərdə və Tərtər rayonlarında həyata keçiriləcək. Hədəf qrupları Tərtər və Bərdə rayonlarıda 16-70 yaş arası əhali - şəhid ailələri, qazilər, veteranlar, ermənilər tərəfindən Bərdəyə raket atilan zaman zərər çəkmiş insanlar qrupudur.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR