Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasında çıxışlarını davam etdirirlər.
Millinin üzvləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova növbəti dəfə "Masader Spor Klubu" tərəfindən dəvət alıb.
İdmançılar yarışın ikinci turunun oyunlarında sözügedən komandanın uğurları üçün çalışacaqlar.
Qeyd edək ki, Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır. "Masader Spor Klubu" bu mövsüm də mükafatlar uğrunda mübarizə aparmaqdadır.
Stolüstü tennisçilərimizin Türkiyə Super Liqasında çıxış etməsi idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.