Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi "Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində 09.08.2024- cü il tarixində Tərtər rayonunda Peşə məktəbinin binasında növbəti tədbirini keçirildi.QHT.az xəbər verir ki, tədbirdə Regional Gender Mərkəzinin sədri, layihə rəhbəri Şərqiyyə Dadaşova, ekspert Aliyə İmanova, Tərtər Rayon İcra Hakimiyyətinin İctimai –Siyasi və Humanitar Məsələlər Şöbəsinin Baş məsləhətçisi Svetlana xanım Əzizova,Tərtər şəhərindən, Yuxarı Qapanlı, Soyulan, Səhləbad, Cəmilli, Evoğlu, Azad Qaraqoyunlu, Qaynaq, Düyərli, Seydimli, İsmayılbəyli, Qarağacı kəndlərindən valideynlər və himayədarlar iştirak etdilər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin İctimai –Siyasi və Humanitar Məsələlər Şöbəsinin Baş məsləhətçisi Svetlana xanım Əzizova çıxış edərək qonaqları təqdim etdi və mövzu ətrafında çıxış etdi. Mövzu ilə bağlı fikirlərini bildirdi. Layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Bildirdi ki, erkən uşaqlıq illəri- sonsuz imkanlar dövrüdür. Valideynlər bu dövrü düzgün qiymətləndirməlidir.
Ekspert A.İmanova valideyn –uşaq münasibətləri, Erkən Uşaqlıq dövründə inkişafda Bəsləyici qayğının 5 kompanenti(Adekvat qidalanma, sağlamlıq, təhlükəsizlik və mühafizə, erkən öyrənmə imkanları və məsuliyyətli qayğı) ilə bağlı ətraflı məlumat verdi. Valideynlər və azyaşli uşaqlar arasinda olan pozitiv qarşılıqlı münasibətin əsas prinsipləri (uşağa sevginin göstərilməsi, uşaqla ünsiyyət qurma, uşağa uyğunlaşmaq və uşağın bacarıqlarını tərifləmək və qiymətləndirmək)haqda ətraflı danışdı.
Sonra mövzu ətrafında müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar. Onlardan A. Məmmədova, A.Rəhimova və N.Hüseynova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdi.
Tədbir çox maraqlı keçdi. Yekunda qiymətləndirmə aparıldı. Layihə rəhbəri Ş.Dadaşova tədbirin təşkilinə dəstəyinə görə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Müstəqim Məmmədova, İctimai –Siyasi və Humanitar Məsələlər Şöbəsinin Baş məsləhətçisi Svetlana xanım Əzizova və Humanitar Məsələlər Şöbəsinin Baş məsləhətçisi Rəqsanə xanım Quliyevaya tədbirin təşkilinə görə minnətdarlığını bildirdi. Tədbirdə 22 nəfər iştirak etdi.
Sonda xatirə şəkili çəkildi.