Əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği ilə bağlı sonuncu görüş Şabran rayonunun Ağbaş kəndində keçirilib.
QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Gülsənəm Əmrahova məlumat verib. Onun sözlərinə görə, Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birlyi “Şabran rayonunda məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği” layihəsi çərçivəsində sonuncu görüşünü Şabran rayonunun Ağbaş kəndində 16 avqust 2024-cü il tarixdə Həsənova Dilsurə Ələmqulu qızının ailəsində keçirib:
"Görüş əsnasında Dilsurə Həsənova vaxtı ilə doğma Qərbi Azərbaycanın Fayhan kəndində yaşadığı müddətdə xatirələrindən danışmış və doğma torpaq, el həsrəti ilə yaşadığını bildirib. Disurə Həsənovanın ailəsinə ictima birliyin təşkilatçılığı ilə nəşr edilmiş “Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır” adlı kitabçalar verilib. Görüşlərdə Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini Rəşad Əmrahov iştirak edib".
Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.