AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Daha parlaq gələcək naminə YAP-ın namizədinə səs verək!”

  • + A
  • - A
  • 19-08-2024, 15:54

    “Daha parlaq gələcək naminə YAP-ın namizədinə səs verək!”


    2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Masallı şəhər Mədəniyyət evində qadın seçicilərlə görüşü keçirilib.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

    Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının nümayəndəsi Cəlal Əliyev YAP-ın Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın, o cümlədən Masallı rayonunun inkişafından, həyata keçirilən sosial layihələrin uğurlu nəticələrindən, vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmasından və digər məsələlərdən bəhs edərək qadın seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

    Deputatlığa namizəd Məşhur Məmmədov çıxış edərək hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərindən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib.

    M.Məmmədov Azərbaycan qadınlarının tarixən cəmiyyətin müxtəlif sahələrində, xüsusilə ictimai-siyasi həyatda mühüm rol oynamasından bəhs edib. O qeyd edib ki, Azərbaycanda bir çox qadınlar siyasi arenada aktiv fəaliyyət göstərir, dövlət idarəçiliyində və yerli hökumət orqanlarında mühüm mövqelər tuturlar.

    Deputatlığa namizəd qadınları seçkidə fəal olmağa, layiqli namizədlərə səs verməyə səsləyib.

    Çıxış edən qadın seçicilər Nazilə Tahirova, Səkinə Ələkbərova, Lətifə Qəmbərzadə və şəhid anası Mehriban Sultanzadə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını diqqətə çatdıraraq, YAP-ın xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli töhfələr verdiyini, daha qüdrətli Azərbaycan naminə partiyanın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.

    Qeyd edək ki, deputatlığa namizəd M.Məmmədov YAP Masallı rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək seçicilərlə də görüş keçirib. Görüşdə gənclər seçkilərdə fəal iştiraka dəvət olunublar.

    Görüş zamanı həmçinin gənclərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.




















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR