AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pyatiqorsk - 244

  • + A
  • - A
  • 21-09-2024, 15:16

    Pyatiqorsk - 244

    Pyatiqorsk - Rusiyanın Stavropol vilayətində, Qafqaz Mineral Suları regionunda, kurort şəhəridir. Şəhərin yaranma ili Konstantinoqorsk qalasının tikintisinin başlandığı 1780-ci il hesab olunur. Konstantinoqorsk qalası Rusiya imperiyasının bu regionda təsirini gücləndirmək üçün yaradılmış Azov-Mozdok müdafiə xəttinin (1777) Şimali Qafqazdakı istehkamlarından biridir.
    Pyatiqorsk şəhər gününü hər il sentyabrın 2-ci şənbə günü qeyd edir. 2024-cü ildə bu tarix 14 sentyabrdır.
    2020-ci ildə Stavropol diyarı Dumasının deputatlarının qərarı ilə Pyatiqorsk "Hərbi-Tarixi İrs şəhəri" fəxri adına layiq görülüb. Parlamentarilər Sovet Ordusu əsgərlərinin və yerli əhalinin misilsiz şücaət və qəhrəmanlıqlarından xəbər verən hərb tarixi faktlarını nəzərə alıblar. Böyük Vətən Müharibəsi illərində Pyatiqorsk ərazisində 6 min çarpayılıq 17 evakuasiya xəstəxanası yerləşdirildi. Azov-Mozdok müdafiə xəttində istehkam rolunu oynayan qəsəbənin yaranma tarixi Pyatiqorskiyə fəxri adın verilməsində də rol oynayıb.
    Xarici ölkələrdə fəsliyyət göstərən diaspora təşkilatları Azərbaycan həqiqətlərinin və milli-mədəni irsinin beynəlxalq aləmdə təbliğini yüksək səviyyədə həyata keçirirlər.
    Rusiya Federasiyasının Stavropol vilayətinin inzibati mərkəzi, kurort şəhəri Pyatiqorskda 15 sentyabr 2024-cü il tarixdə “Şəhər günü” təntənəli şəkildə qeyd edildi. Tədbirdə Araz milli-mədəni mərkəzinin rəhbərliyi və mərkəzin üzvləri dəvət olunmuş qonaqlar sırasında idilər. İnquşetiya Respublikası Şuşa Milli-Mədəni Mərkəzinin rəhbəeliyi də tədbirdə iştirak edirdi. Pyatirorsk "Araz" Milli mədəni müxtariytatınin nəzdində fəaliyyət göstərən “Xarı bülbül” ansanbılının iştirakı tədbirə xüsisi rəng verdi.

    Elçin Şükür


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR