Azərbaycan Respublikasının Gənclər Fondu ilk dəfə həm fiziki şəxslər, həm də gənclər təşkilatları üçün eyni zamanda “Rəqəmsal” mövzulu layihələrə dair qrant müsabiqəsini elan edir. 📢
Müsabiqənin məqsədi: 🎯
Gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək, gənclərin yaradıcı potensialını aşkara çıxarmaq üçün onların internet məkanda kreativ rəqəmsal məzmunlar yaratmasını təşviq etməkdir. 🌐🚀🎬
Layihələrin istiqamətləri: 💡
💻 🤖Rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi və ya inteqrasiyası vasitəsilə innovativ həllər təklif edən məhsullar;
🎬🎥 Müxtəlif rəqəmsal platformalarda yaymaq üçün nəzərdə tutulmuş rəqəmsal alətlər və dizayn proqramlarından istifadə edilməklə hazırlanmış kreativ maarifləndirici, məlumatlandırıcı və əyləncəli video məzmunlar.
Qrantların maksimum məbləğləri : 💵 🏅
👤 Gənclərin (fiziki şəxslərin) fərdi layihələri üzrə - 5 000 AZN;
👥 Gənclər təşkilatlarının yerli layihələri üzrə - 10 000 AZN;
🌍 Gənclər təşkilatlarının beynəlxalq layihələri üzrə - 15 000 AZN.
⏳Müsabiqənin müddəti:
Başlanma tarixi: 18 oktyabr 2024-cü il. 📆
Son tarix: 10 noyabr 2024-cü il, saat 18:00-dır. 🕕
📥Müraciət üçün:
🌐 Fondun E-Xidmətlər sistemi
(https://youthfoundation.az/daxil-ol-qeydiyyat/) 🎬Müsabiqənin təqdimat videosu:
📹https://www.youtube.com/watch?v=gsoo-5wkHXU
☑Əsas tələblər və müsabiqə haqqında daha ətraflı:
🔗 https://youthfoundation.az/174332/
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.