AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AKM və SABAH qrupları birgə hakaton təşkil edib

  • + A
  • - A
  • Bu gün, 10:24

    AKM və SABAH qrupları birgə hakaton təşkil edib

    İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) “Beyin mərkəzi” layihəsi çərçivəsində EATDA SABAH qrupları ilə birgə əməkdaşlıqla “Secure Tomorrow” hakatonu baş tutub. Yarış hər komandada minimum 3, maksimum 5 nəfər olmaqla, SABAH qruplarının bakalavr və magistr tələbələri arasında keçirilib. Hakatonun mövzuları həm ölkəmiz, həm də qlobal ictimaiyyət üçün əhəmiyyət kəsb edən iqlim-ekologiya, kibertəhlükəsizlik, maarifləndirmə və proqramlaşdırma kimi sahələri əhatə edib. Komandalar sözügüdən mövzularda kreativ və innovativ həllərini təqdim edərək ekoloji maarifləndirmə və karbon izlərinin azaldılması məqsədi ilə xüsusi layihə üzərində çalışıblar.
    Qeyd edək ki, iştirak edən komandaların seçim prosesi AKM-in ixtisaslı ekspertlər qrupu tərəfindən xüsusi olaraq müəyyən edilmiş kriteriyalara əsasən aparılıb. Həmçinin tədbirin yekununda nəticələr AKM-in ekspert qrupundan təşkil olunan jüri heyəti tərəfindən qiymətləndirilib.
    Sözügedən hakatonun keçirilməsində məqsəd ölkəmizin kibertəhlükəsizlik sahəsindəki gücünü və potensialını nümayiş etdirmək və yeni nəsil kibertəhlükəsizlik mütəxəssislərinin yetişdirilməsinə dəstək verməkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR