AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda 1500 məktəbin bağlanması PLANLAŞDIRILIR

  • + A
  • - A
  • Bu gün, 14:10

    Azərbaycanda 1500 məktəbin bağlanması PLANLAŞDIRILIR

    Azərbaycanda 1500 məktəbin bağlanması planlaşdırılır.
    Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.
    O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır.
    "Düşünürəm məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.

    Xatırladaq ki, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin komplektləşdiriləcəyini bildirib. "Rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik", - o qeyd edib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR