AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ müharibəsinin dəhşətləri və Zəfər təqvimi” adlı kitabın növbəti təqdimat mərasimi keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 29-11-2024, 21:23

    "Qarabağ müharibəsinin dəhşətləri və Zəfər təqvimi” adlı kitabın növbəti təqdimat mərasimi keçirilib - FOTOLAR


    “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyinin “Müharibə iştirakçıları və şəhid övladları üçün sosial proqramların təşkili” layihəsi çərçivəsində “Qarabağ müharibəsinin dəhşətləri və Zəfər təqvimi” adlı kitabın növbəti təqdimat mərasimini Sabunçu rayonunda yerləşən Gənclər Evində keçirib.

    QHT.az xəbər verir ki, layihənin rəhbəri, “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyinin sədri Natiq Əhmədov tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, bu cür sosial proqramların müharibə iştirakçıları və şəhid ailələrinə dəstək məqsədini daşıdığını bildirib:

    "Tədbirdə kitabın müəllifi Nazim Tapdıqoğlu, “Qayğı” cəmiyyətinin Sabunçu filialının sədri Mətanət Qaffarova, şəhid xanımları, “Ahəng” Psixologiya İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova, I qrup əlil Elmin Hacızadə, KİV nümayəndələri, İctimai Birliyin sədri Natiq Əhmədov və yazıçılar çıxış ediblər. Vətənpərvərlik mövzusunda slayd təqdim olunub, məktəblilərin çıxışı nümayiş etdirilib. Tədbirdə 115 şəhid və qazi ailəsi iştirak edib. İştirakçılara kitablar paylanılıb".

    Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 2024-cü il üçün nəzərdə tutulmuş kiçik qrant müsabiqəsinin qalibləri arasında “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyi də yer alıb.

    Pərvanə Fərhadqızı







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR