Suriyada silahlı qrupların Bəşər Əsəd rejiminə qarşı irəliləməsi davam edir.
Müxalifət Hələbi tam nəzarətə götürdükdən sonra şəhərdən çəkildiyini elan edən Suriya ordusu xeyli itki verib.
Hələbdən sonra müxaliflər İdlibi də ələ keçirib. Hələbdən 60 kilometr aralıda yerləşən İdlib Türkiyənin Hatay şəhəri ilə həmsərhəddir.
***14:35
Suriya ordusu əks-hücum hazırlamaq üçün qoşunlarını Hələbdən çıxardığını açıqlayıb.
Suriya ordusu müxalifətçilərə qarşı əks-hücum hazırlamaq üçün qoşunların Hələbdən müvəqqəti çıxarılmasını elan edib.
***13:18
Suriya müxalifəti 2016-cı ildən bəri ilk dəfə Hələb ətrafına çıxışı elan edib.
Bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd olunur ki, müxalif silahlı qruplar sosial şəbəkələrdə hökumət qüvvələrinə müraciət edərək təslim olmağa çağırışlar dərc ediblər. Nəşrin məlumatına görə, sakinlər döyüş əməliyyatlarının aparıldığı bölgələrdən qaçır, Suriya ordusu isə hücumu dayandıra bilmir.
Bundan əvvəl “Al Mayadeen” telekanalı yaraqlıların Suriyanın Hələbin qərb məhəllələrinin 40%-ni ələ keçirdiyi barədə məlumat vermişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.