AAYDA, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC, Şamaxı rayonunun bir-çox kəndlərinə gedən avtomobil yollarında gecə saatlarından etibarən baş verən buzlaşma ilə əlaqədar bir sıra tədbirlər reallaşdırıb.
Azadmedia.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində yerləşən 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallı və kollektivi qarlı və şaxtalı hava şəraitində də yolların qardan və buzdan təmizlənməsi prosesini hər zamankı kimi diqqətdə saxlayır.
Belə ki, N. Eynallının kollektivi bir neçə həftədir qar yağması və buzlaşma ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində çalışmaqla yanaşı, Şamaxı-Dəmirçi kənd yollarını qardan və buzdan təmizlənməsi, eyni zamanda gecə saatlarından etibarən avtomobil yollarına duz-qum qarışığı səpilmə işlərini həyata keçiriblər.
Qeyd edək ki, qarlı ve şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Şamaxı-Dəmirçi və digər kəndlərə gedən avtomobil yollarında gecə boyu ve səhər saatlarında hərəkətin təhlükəsizliyi ve fasiləsizliyi istiqamətində gücləndirilmiş tədbirlər görülüb və bu proses davam edir.