AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 9209 nəfər olmuş, onlardan 8062 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 1147 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir

  • + A
  • - A
  • Bu gün, 14:10

    Muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 9209 nəfər olmuş, onlardan 8062 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 1147 nəfəri  isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir

    2025-ci il yanvarın 1-i vəziyyətinə Füzuli rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 9209 nəfər olmuş, onlardan 8062 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 1147 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

    Muzdla işləyənlərin 4.1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 43.8 faizi təhsil, 4.2 faizi sənaye, 12.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.9 faizi tikinti, 5.6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0.6 faizi nəqliyyat və anbar təsərrüfatı, 0.8 faizi peşə, elmi və texniki fəaliyyət, 8.1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 13.2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

    2024-cü ilin ilkin məlumatlarına əsasən rayonda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4.9 faiz artaraq 617.1 manat təşkil etmişdir. İqtisadiyyatın tikinti, maliyyə və sığorta fəaliyyəti, əhaliyə səhiyyə və sosial xidmətlər, istirahət, əyləncə və incəsənət fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR