AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bəziləri deyirdi ki, təhlükəli ola bilər, tam təhlükəsiz qayıtdıq...”

  • + A
  • - A
  • 5-07-2025, 11:30

    “Bəziləri deyirdi ki, təhlükəli ola bilər, tam təhlükəsiz qayıtdıq...”

    Məlum olduğu kimi, İran Prezidenti Məsud Pezeşkian dünən Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitində iştirak edib, eləcə də tədbirə qatılan liderlərlə görüşlər keçirib.

    Pezeşkian ölkəsinə qayıtdıqdan sonra səfərlə bağlı maraqlı açıqlamalar verib.

    Onun sözlərinə görə, ölkəsində bəzi şəxslər səfərin təhlükəli ola biləcəyini deyib: “Bəziləri deyirdi ki, bu səfər təhlükəli ola bilər, yaxud yolda hansısa problemlər yarana bilər. Lakin həm səfərimiz problemsiz oldu, həm də tam təhlükəsiz şəraitdə geri qayıtdıq”.

    İran lideri, eyni zamanda səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlərdən bəhs edərək danışıqların konstruktiv olduğunu, dost və müsbət mühitdə keçdiyini diqqətə çatdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR