AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Mənə İşıq Göstər” layihəsi çərçivəsində Ağsuda görüş keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 10-07-2025, 15:30

    "Mənə İşıq Göstər” layihəsi çərçivəsində Ağsuda görüş keçirilib - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Bahar” İctimai Birliyi tərəfindən icra edilən “Mənə işıq göstər” layihəsi çərçivəsində əhali ilə keçirilməsi nəzərdə tutulan ilk görüş Ağsu rayonunda baş tutub.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbirdə layihə çərçivəsində təlim almış yaşlı təlimçilər çıxış edərək, erkən nikahların tibbi, psixoloji və sosial fəsadları barədə yerli icma üzvləri ilə maarifləndirici müzakirələr ediblər. Həmçinin iştirakçılarla açıq dialoq qurularaq, stereotiplər və ənənəvi yanaşmaların bu mövzudakı təsiri ətrafında fikir mübadiləsi aparıblar.

    Yaşlı nəslin yolgöstərən roluna əsaslanan bu model, gənc nəslin rifahı və sağlam gələcəyi üçün cəmiyyət daxilində atılmış önəmli addımdır. Ağsu rayonunda baş tutan görüş həmin modelə uyğun olaraq icmanın bütün təbəqələrindən olan nümayəndələrin iştirakı ilə səmərəli şəkildə həyata keçirilib.

    Görüşün təşkilində göstərdiyi dəstəyə görə Ağsu Rayon İcra Hakimiyyətinə təşəkkür edilib.

    Fotolar









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR