AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Təbiətdən gələn şəfa” layihəsi çərçivəsində növbəti tədbir Sumqayıt şəhərində keçirildi - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 09:34

    "Təbiətdən gələn şəfa” layihəsi çərçivəsində növbəti tədbir Sumqayıt şəhərində keçirildi - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsində “Təbiətdən gələn şəfa” layihəsi ilə qalib olmuş “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən layihədə nəzərdə tutulmuş ilk tədbir 11 iyul tarixində Sumqayıt şəhərində Bulvar ərazisində keçirilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin rəhbəri Nərminə Qəribova layihənin əsas məqsədinin təbiətdə olan şəfalı nemətləri, ölkəmizin təbii şəfalı sərvətləri, müalicəvi bitkiləri, naftalan nefti, duz dagı, müalicəvi termal suları, bu nemətlərdən düzgün istifadə qaydaları, saglam ve tebii qidalanma, eyni zamanda təbiətlə harmoniyanin psixoloji təsiri, düzgün düşüncəni təbliğ etmək olduğunu bildirdi.

    İlk olaraq fizioteraperv və yoqa mütəxəsisi Yana Məmmədova tərəfindən yoqa və meditasiya keçirilərək təbiətdə düzgün nəfəs texnikaları öyrədildi.
    Layihənin eksperti-təlimçi Günel Hacızadə təbiətdən gələn şəfalı bitkilər, onlardan düzgün istifadə qaydaları, təbiətlə sıx təmasda olmağın sağlamlığa təsiri, sağlam və təbii qidalanma və qadın sağlamlığı haqqında əhatəli şəkildə məlumat verdi.

    Tədbirin ikinci mərhələsində layihənin digər eksperti-təlimçi psixoloq Vüsalə Əmiraslanova təbiətlə harmoniyanın psixoloji təsiri, stresin idarə olunması və psixoloji sağlamlıq üçün təbiətdən gələn şəfalı nemətlərdən istifadə haqqında danışdı.

    Tədbirdə 35 nəfər iştirakçıya iki dəfə kofe-çay bir dəfə nahar fasiləsi olub, iştirakçılara təlim materialları, dəftərxana ləvazimatı və sertifikat təqdim edildi.
    Layihənin yekununda Nərminə Qəribova ölkəmizin təbiəti, təbiətlə münasibətdə öhtəliklərimiz, müalicəvi naftalan və bu kimi sağlamlıq turizmi və eko turizm imkanlarımız haqqında danışdı. Layihənin icrasına göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi.

    Fotolar







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR