AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mənə işıq göstər” layihəsi çərçivəsində yaşlı təlimçilər görüş keçirdilər - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 15:40

    “Mənə işıq göstər” layihəsi çərçivəsində yaşlı təlimçilər görüş keçirdilər - FOTOLAR

    “Mənə işıq göstər” layihəsi çərçivəsində yaşlı təlimçilər Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Yaşa” mərkəzində görüş keçirdilər.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mənə İşıq Göstər” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “YAŞA” Mərkəzində baş tutub.

    Tədbirdə layihə çərçivəsində təlim almış yaşlı təlimçilər çıxış edərək, erkən nikahların tibbi, psixoloji və sosial fəsadları barədə iştirakçılarla interaktiv müzakirələr aparıb. Görüş zamanı ailədaxili qərarların verilməsində yaşlı nəslin təsiri, formalaşmış stereotiplərin rolu və gənc nəslə yol göstərmək bacarığı birgə müzakirə edilib. Yaşlı nəslin həyat təcrübəsi və ictimai nüfuzu əsasında qurulan bu model, layihənin əsas dayaqlarından biridir. “YAŞA” Mərkəzində keçirilən tədbir də bu yanaşmanın uğurlu nümunəsi olaraq, iştirakçıların fəal iştirakı və açıq dialoqu ilə müşayiət olunub.

    Layihə çərçivəsində həyata keçirilən bu cür görüşlər yaşlı təlimçilərin gənc nəslə işıq tutan səsə çevrilməsinə və cəmiyyət daxilində müsbət dəyişikliklərə töhfə verməsinə xidmət edir.

    Fotolar







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR