AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəqəmsal İnkişafla Məşğulluq Yarat" layihəsi çərçivəsində 8-ci SMM təlimi keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 16:18

    Rəqəmsal İnkişafla Məşğulluq Yarat" layihəsi çərçivəsində 8-ci SMM təlimi keçirilib - FOTOLAR


    “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 14 iyul tarixində “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin səkkizinci Sosial Media Marketinqi (SMM) təlimini təşkil edib.


    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, bu barədə İctimai Birliyin sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, bu təlimin əsas məqsədi əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarını artıraraq onların müasir əmək bazarına inteqrasiyasını asanlaşdırmaqdır:

    “Əlilliyi olan şəxslərin rəqəmsal mühitdə özlərinə yer tapmaları üçün bilik və bacarıqlarını sistemli şəkildə artırmağa çalışırıq. SMM təlimləri sadəcə nəzəri biliklərlə məhdudlaşmır, praktik tapşırıqlarla onların real iş mühitinə uyğunlaşmasına şərait yaradır. Bu cür bacarıqlar, xüsusilə sosial sahibkarlıq, onlayn satış və rəqəmsal iş imkanlarında iştirak baxımından vacibdir. Gələcək mərhələlərdə daha ixtisaslaşmış təlimlərin keçirilməsi planlaşdırılır"

    Təlimin spikeri və SMM üzrə təlimçi Pərvanə Fərhadqızı bu mərhələdə Meta Business Suite, Instagram-da sponsorlulu reklamların yaradılması, Ads Manager platformasında hədəf kütlənin seçilməsi, reklam büdcəsinin optimallaşdırılması və reklam nəticələrinin təhlili mövzusunda təqdimatla çıxış edib.

    Təlimdə iştirakçılar həmçinin Facebook səhifələrinin idarə olunması, səhifə ilə profil arasındakı fərqlər, admin hüquqları, kontent strategiyası və təhlükəsizlik ayarları haqqında geniş biliklər əldə ediblər. Praktiki tapşırıqlar zamanı real nümunələr üzərində işləyərək reklam yerləşdirilməsi, səhifə ayarlarının qurulması və kontent paylaşımı üzrə ilkin vərdişlərə yiyələniblər.

    Qeyd edək ki, “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsi çərçivəsində keçirilən bu təlimlər əlilliyi olan şəxslərin rəqəmsal cəhətdən güclənməsi və sosial-iqtisadi inteqrasiyasına mühüm dəstək verir. Layihənin davamı olaraq qarşıdakı aylarda yeni texnologiyalar, onlayn satış, rəqəmsal xidmətlər sahəsində də tematik təlimlər planlaşdırılır.

    Fotolar










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR