AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Sən də gəl, sən də tanı!" – Yeni layihəyə start verildi

  • + A
  • - A
  • Bu gün, 13:15

    "Sən də gəl, sən də tanı!" – Yeni layihəyə start verildi


    1 iyul 2025-ci il tarixindən etibarən "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə çərçivəsində ölkəmizdə ilk dəfə olaraq “Kistoz Fibroza Dair” adlı maarifləndirici kitabın nəşri nəzərdə tutulur. Bu nəşr tibb mütəxəssisləri üçün mühüm məlumat mənbəyi olacaq. Kitabda kistik fibroz xəstəliyinin müasir diaqnostikası, müalicə protokolları və müayinə metodları haqqında ən son məlumatlar toplanacaq. Vəsait həkimlər üçün praktik və istifadəyə hazır bir peşə resursu kimi hazırlanır. Layihənin fəaliyyəti Bakı və Gəncə şəhərlərini əhatə edir.

    Layihənin əsas məqsədi – nadir, lakin əhəmiyyətli olan bu xəstəliklə bağlı ictimai maarifləndirməni artırmaq, tibb işçilərinə dəstək olmaq və xəstələrin həyat keyfiyyətini yüksəltməkdir.

    Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi hər zaman bu sahədə yenilikçi təşəbbüslərlə çıxış edərək, xəstələrin maraqlarını ön planda saxlayan layihələrə imza atır. Eyni zamanda, “Kistoz Fibroza Dair” elmi kitabının müəllifi olan tibb mütəxəssislərinə də uğurlar arzu olunur.

    Hər kəsi bu təşəbbüsə qoşulmağa, məlumatlanmağa və dəstək olmağa çağırırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR