AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Layihənin icrası çərçivəsində görüşlər keçirilmişdir - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 17:50

    Layihənin icrası çərçivəsində görüşlər keçirilmişdir - FOTOLAR


    “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Dilimiz varlığımızdır- tat dilinin ləhcələri lüğətinin hazırlanması və nəşri” layihəsinin icrası ilə əlaqədar, layihə rəhbəri Elman Əhmədov 10.07.2025-12.07.2025 tarixlərində Şimal reqionuna ezam olumuşdur.


    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, ezamiyyə müddətində Elman Əhmədov, Quba rayonu Çiçi İƏD də icra nümayəndəsi v.i.e. Fariz Rəsulov, kitabxanaçı İmran Osmanov, Çiçi kəndində dosent Telman Əliyevlə, hüquqşunaslar Xanlar Vahabzadə, Yaqub Yaqubov, mühəndislər Racib Osmanov və Sahib Nuriyev,təqaüdçü Veysəl Sultanovla, Rəziyələr kəndində müəllimlər Hacıağa Hacıyev, Cabbar Allahyaroğlu və digər dil daşıyıcıları ilə görüşlər keçirmişdir. Görüşlər zamanı layihənin məqsədi, görülən və görüləcək işlər barəsində məlumat verilmiş, Azərbaycan dili-tat dilinin ləhcələri lüğətinin hazırlanması ətrafında məsləhətləşmələr aparılmışdır. Ezamiyyə müddətində; Elman Əhmədov Xaçmaz şəhərində layihə çərçivəsində tat dilinin “şimal ləhcəsi”nin tərtibatçısı Fərman Əliyevlə görüşmüş, toplanmış materiallarla tanış olmuş, sonrakı fəaliyyətləri müəyyənləşdirmişlər. Eyni zamanda E.Əhmədov, F.Əliyevin iştirakı ilə Xaçmaz şəhərində dil daşıyıcıları Nadir Lalayev, Nəcəf Tağıyev və Cabir Alışovla həmsöhbət olmuş, Azərbaycan dili-tat dilinin ləhcələri lüğətinin hazırlanması ətrafında fikir mübadiləsi aparılmişdır. Görüşlərə aid şəkillər təqdim olunur.

    Fotolar






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR