AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Layihə çərçivəsində ailələrimiz ilə mütaliə görüşləri davam edir - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 13:39

    Layihə çərçivəsində ailələrimiz ilə mütaliə görüşləri davam edir - FOTOLAR

    "Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qiraət mədəniyyətinin formalaşdırılması" layihəsinin icrasını davam etdirir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə çərçivəsində Birliyin qeydiyyatında olan ailələr ilə mütaliə görüşləri keçirilir.

    Uşaqlar, yeniyetmələr və onların anaları ilə Antuan de Sent-Ekzüperinin "Balaca Şahzadə" əsəri oxunur və müzakirə edilir.

    Bakı üzrə ümumilikdə dörd ayrı qrup üzrə keçirilən mütaliələrdə əsas məqsəd uşaq və yeniyetmələrin araşdırmaya olan maraq səviyyələrinin artması, mütaliə vərdişlərinin formalaşdırılması istiqamətində onların öyrəndiklərini öz həyatlarına tətbiq etmələridir.

    Layihə çərçivəsində uşaq və yeniyetmələrə "Balaca şahzadə" kitabı hədiyyə edilmişdir. Görüş zamanı əsərin əsas ideyaları, simvolik mənaları və insani dəyərlər barədə maraqlı müzakirələr aparılır , eləcə də uşaqlarla onların xəyal dünyalarını əks etdirən şəkillər çəkilir.

    Qeyd etmək istəyirik ki, Bakı ilə yanaşı İsmayıllı, Ağdaş və Quba-Xaçmaz bölgələrində də mütaliələr canlı və onlayn şəkildə həyata keçirilir.

    Layihənin uğurlu icrasında göstərdiyi dəstək üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, ailələrlə, mütaliələrin keçirilməsində göstərdiyi dəstək üçün Bakı Dövlət Universitetinin İslamşünaslıq ETM aparıcı elmi işçi, fil.ü.f.d Yeganə Mirzəyevaya təşəkkür edilib.
    Fotolar










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR