AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdamdakı infrastruktur layihələri ilə tanış olub

  • + A
  • - A
  • 20-07-2025, 16:30

    Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdamdakı infrastruktur layihələri ilə tanış olub

    3-cü Şuşa Qlobal Media Forumunun mədəni-informasiya proqramı çərçivəsində tədbir iştirakçıları Ağdam şəhərindəki dəmir yolu və avtovağzal kompleksində olublar.

    Qonaqlara Bərdə-Ağdam dəmir yolu xətti layihəsi, eləcə də Bərdə-Ağdam-Xankəndi dəmir yolunun bir hissəsinin tikintisi ilə bağlı planlar barədə məlumat verilib.

    Rayonun əsas strateji infrastruktur obyektlərindən biri olan bu nəqliyyat qovşağının təməli 2022-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Kompleks Ağdamın bərpası və müasir şəhər kimi inkişafında mühüm rol oynayır.

    Gündəlik 800-dən 1000-ə qədər sərnişinin qəbul edilməsinə hesablanmış dəmir yolu stansiyası 10 may 2025-ci ildə açılıb.

    Xatırladaq ki, iyulun 19-da “Rəqəmsal keçidlər: Süni intellekt əsrində informasiya və media dayanıqlığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu açılıb. Forum iyulun 21-dək davam edəcək.

    FOTO: Vüqar Xanlarov











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR