AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT “Qərbi Azərbaycan İrsi” layihəsinin icrasına başlayıb

  • + A
  • - A
  • Dünən, 12:00

    QHT “Qərbi Azərbaycan İrsi” layihəsinin icrasına başlayıb

    “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi “Qərbi Azərbaycan İrsi” layihəsinin icrasına başlayıb.

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin əsas məqsədi Qərbi Azərbaycanın dağıdılmış və izləri silinmiş maddi-mədəni irsinin elektron və vizual vasitələrlə sənədləşdirilməsi, arxivləşdirilməsi və bu tarixi irsin beynəlxalq ictimaiyyətə tanıdılmasıdır.
    Layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, layihə çərçivəsində dağıdılmış və yer üzündən silinmiş tarixi abidələrə dair məlumatlar toplanacaq, onların vizual və tarixi izləri rəqəmsal formatda təqdim olunacaq. Məqsəd bu irsi tanıtmaqla yanaşı, onun hüquqi və ictimai müdafiəsinə də töhfə verməkdir.
    Ötən il yaradılan Qerbiazerbaycanirsi.az ( www.westernazheritage.com ) platforması layihə çərçivəsində daha da təkmilləşdiriləcək. Əlavə olaraq, Qərbi Azərbaycana aid 250-dən çox abidəyə dair məlumatlar, foto və videomateriallar toplanaraq elektron bazaya yerləşdiriləcək. Həmçinin bu platformaya Qərbi Azərbaycan irsinə dair nəşrlər və filmlər də daxil ediləcək.
    4 ay icra olunacaq layihə çərçivəsində həmçinin, Qərbi Azərbaycan irsi ilə bağlı üç maarifləndirici videoçarx hazırlanacaq.
    https://qht.az/details/az/44214


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR