AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Demokratiya və İnsan Hüquqları Komitəsi layihə çərçivəsində Hacıqabulda tədbir keçirib - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 17:22

    Demokratiya və İnsan Hüquqları Komitəsi layihə çərçivəsində Hacıqabulda tədbir keçirib - FOTOLAR

    Demokratiya və İnsan Hüquqları Komitəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyanın erkən aşkarlanması və profilaktikası” adlı layihəni uğurla davam etdirir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 16 iyul 2025-ci il tarixində hacıqabul rayonunda keçirilib.

    Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinın səlahiyyətli nümayəndəsi və Hacıqabul rayon PŞ –nin narkotiklərlə mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Abbasov Daşqın da iştirak edib.

    Hacıqabul rayon PŞ –nin narkotiklərlə mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Daşqın Abbasov narkotiklə mübarizədə görülən işlər haqda iştirakçılara məlumat verib. Bu mübarizənin təkcə hüquq mühafizə orqanlarının deyil bütövlükdə xalqın birgə mübarizəsi olduğunu vurğulayıb.
    Maarifləndirmə, müzakirələr və qrup işləri formatında keçirilən tədbiri layihənin təşkilatçısı Nabat Qəniyeva layihənin məqsədi və donor təşkilat haqqında məlumat verib.

    Tədbirin təlimçisi, həkim-narkoloq Ayxan Bağırov iştirakçılara narkomaniyanın tibbi fəsadları barədə aşağıdakı mövzularda ətraflı məlumat verdi:
    1. Narkotik vasitələrin növləri və onlar barəsində məlumat.
    2. İnsanlar narkomaniya adlanan tora necə düşürlər?
    3. Narkotiklərdən asıllıqın yaranma səbəbləri.
    4. Narkomaniyanin törətdiyi fəsadlar.
    5. Narkomnaiya ilə necə mübarizə aparılmalı.
    6. Narkomaniyanın yeni istifadəçilərinin müəyyən edilməsi və ilkin profilaktik müdaxilənin formaları.
    7. Narkoloji test haqında məlumat.

    Tədbirdə iştirak edən müəllimlər, məktəb psixoloqları mövzu ətrafında öz fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçılar 4 kiçik qrupa bölünüb və hər qrupa 3 sual təqdim olunub. Qrup işinin nəticələri təqdimat formatında paylaşılıb və geniş müzakirələr aparılıb. Hacıqabul rayonu, H. Əliyev Mərkəzində keçirilən tədbirdə 22 nəfər iştirak edib.

    Qeyd edək ki, layihə Şamaxı, Şirvan, Hacıqabul, Şabran, Xaçmaz və Quba rayonlarını əhatə edir və 3 ay müddətində icra olunur.

    Fotolar








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR