AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 17:32

    “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar keçirilib - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyinin həyata keçirdiyi “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar Şirvan şəhər Bayramlı qəsəbə klubunda təşkil edilmişdir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, seminarda qəsəbə sakinləri iştirak etmişlər. Seminarı ekspert Əli Mirzəyev aparmışdır. Tədbirdə iştirakçıların diqqətinə təqdimat çatdırılmışdır. Təqdimatda “ictimai nəzarət” anlayışı, ictimai nəzarətin qanunvericilik bazası, Azərbaycan Respublikası Prezidentinin ictimai nəzarətin vacibliyi barədə söylədiyi fikirlər, Qeyri Hökumət Təşkilatlarının, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu sahədə rolu və s. barədə məlumatlar verildi.

    Müzakirələrdə Mehman Abdullayev, Aynurə Ağayeva, Ariz islamov, İradə Ağayeva və başqaları internetdən şikayət etdilər. Qeyd olundu ki, aylıq 15 manat olanda sürət bundan yaxşı idi, indi 25 manat olub, amma əksinə sürət zəifləyib.

    Çay fasiləsi zamanı müzakirələr davam etdirildi.

    Fotolar




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR