AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hacı Salayev: Bu gün Azərbaycan mətbuatının 150 illik yubileyidir

  • + A
  • - A
  • Dünən, 20:23

    Hacı Salayev: Bu gün Azərbaycan mətbuatının 150 illik yubileyidir

    Hacı Salayev - Bugünün özəlliyi çoxdur. Reallıq odur ki, milli mətbuatımız uzun və keşməkeşli yol keçib. Heç şübhəsiz ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra mətbuatımız üçün geniş imkanlar açıldı. Xüsusilə, Ulu öndər Heydər Əliyevin demokratik mətbuat konsepsiyası bu gün mediamızın inkişafına təkan verən əsas faktordur. Azərbaycanda milli mətbuatın inkişaf tarixi, peşəkar medianın yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

    Bugünkü müstəqil azad mətbuatımız televiziyalarımız, internet saytlarımız milli maraqlarımızı müdafiə etmək, milli mədəniyyətimizi, mənəvi dəyərlərimizi qorumaq üçün vacibdir. Qalib dövlətin işğaldan azad olunmuş torpaqlarını dirçəltmək, düşmənə qarşı həmişə hazır olmaq kimi prinsiplər maarifçilik missiyasının tərkib hissəsidir. Müstəqil Azərbaycanın Milli Məclisində qəbul edilən ilk qanun KİV (Kütləvi İnformasiya Vasitələri) haqqında oldu. Ulu öndərin müəllifi olduğu və 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası senzuranı ləğv etdi. Söz və mətbuat azadlığı konstitusion hüquq qazandı. 1998-ci il 6 avqust tarixli Fərman Azərbaycan mətbuatının inkişaf tarixində əsas hadisə idi. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü.
    Xüsusi qeyd etməliyəm ki, Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə müstəqil mediamız daha da təkmilləşmiş və inkişaf etmişdir. Azərbaycan mediası diqqət və qayğı ilə əhatələnmişdir. Prezidentin bu sahədə atdığı addımlar açıq şəkildə göstərir ki, nəşrlərin inkişafı, jurnalistlərin sosial rifahı, söz azadlığının təmin olunması və informasiya məkanının genişlənməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan mediası ölkənin ictimai-siyasi, mədəni və informasiya həyatında mühüm rol oynayır. Prezident İlham Əliyev güclü və müstəqil medianın formalaşmasına xüsusi önəm verir. Medianın İnkişafı Agentliyinin hazırladığı, geniş müzakirədən keçirilən, Milli Məclisin qəbul etdiyi, Prezident İlham Əliyevin imzaladığı "Media haqqında" Azərbaycan Respublikasının Qanunu bütün parametrləri ilə ölkəmizdə söz və mətbuat azadlığını təmin etmişdir. Çağırışlar əsasən bundan ibarətdir ki, bu gün bəzi Qərb ölkələri Azərbaycanın Qarabağ qələbəsini, sürətli iqtisadi inkişafını, Prezidentimizin uğurlu diplomatiyasını gözdən salmaq istəyirlər. Belə bir məqamda jurnalistlərimiz ayıq olmalı, milli maraqlarımızı qorumalı, vacib məqamlarda bunu nümayiş etdirməlidirlər. İnternetin meydana çıxması, informasiya texnologiyasının sürətli inkişafı və süni intellektin ayaq açması mediaya bütün dünyada meydan oxumaqdır. Bütün bunlar reallıqdır. Hesab edirəm ki, ənənəvi media daha ayıq olmalı, yalan informasiyalara aldanmamalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR