AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mənə işıq göstər” layihəsi çərçivəsində növbəti onlayn mentorluq görüşü keçirildi

  • + A
  • - A
  • Bu gün, 10:28

    “Mənə işıq göstər” layihəsi çərçivəsində növbəti onlayn mentorluq görüşü keçirildi

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Bahar” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mənə işıq göstər” layihəsi çərçivəsində növbəti onlayn mentorluq görüşü təşkil olunub.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə üzrə formalaşdırılmış üç komandanın Ağsu, Bakı və Yevlaxda ilk maarifləndirici görüşlərini uğurla başa vurmasından sonra keçirilən bu görüş, təlimçilərin təcrübə mübadiləsi aparması, qarşılaşdıqları çətinlikləri paylaşması və gələcək tədbirlərə daha hazırlıqlı şəkildə davam etməsi məqsədilə təşkil edilib.

    Mentorluq sessiyası psixoloq və həkim ekspertlərin iştirakı ilə baş tutub. Təlimçilər real halları müzakirə edərək iştirakçı davranışları, həssas suallarla qarşılaşma, auditoriya ilə əlaqə qurmaq və mövzuya emosional həssaslıqla yanaşmaq kimi vacib mövzularda tövsiyələr alıblar.

    Görüş zamanı həm də növbəti görüşlərin məzmununa dair fikir mübadiləsi aparılıb, iştirakçıların ehtiyacları nəzərə alınmaqla mümkün yanaşmalar dəqiqləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR