AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 15:57

    "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir keçirilib - FOTOLAR

    İyulun 22-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xaçmaz rayon Tarix-diyarşünaslıq Muzeyində "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir keçirildi.

    Azadmedia.az QHT.az-a isrinadla xəbər verir ki, tədbiri Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi, Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan mayor Tariyel Didarov açıq elan etdi. Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

    Tədbirdə şəhər ictimaiyyəti, gənclər, Bakı və Sumqayıt şəhərlərinin, Xaçmaz rayonunun şəhid ailələri, Qarabağ qaziləri iştirak etdilər.

    Tədbir zamanı aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Zəfər yolu" adlı videoçarx nümayiş olundu.

    «Şəhid Analarına Dəstək» İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Tariyel Didarov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin sektor müdiri Fərid Musayev, şəhid Fuad Qafarovun atası, Xaçmaz rayon Niyazabad kənd Mədəniyyət evinin direktoru Fərhad Qafarov, "İlham çeşməsi" ədəbi məclisinin sədri Böyükağa Ağa, Vətən müharibəsi qazisi, Xaçmaz rayon Qıraqlı kənd klubunun müdiri,qiraətçi Adil Arazoğlu, Xaçmaz rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, şair, "Ulduzlar" ədəbi məclisinin sədri Fərzalı Ziyanur, Xalça muzeyinin Xaçmaz rayon filialının əməkdaşı, qiraətçi Dilarə Rüstəmova, Aprel döyüşlərinin şəhidi Elvin Mirzəyevin anası Gülnaz Mirzəyeva, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva və digər şəhid anaları çıxış edərək Azərbaycan Ordusunun hərb tarixinin şanlı səhifəsi olan Aprel zəfərinin 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı olduğunu bildirdilər. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir. Bu gün hər birimiz iftixar və qürur hissi ilə deyə bilirik: Qarabağ Azərbaycandır!

    "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədiri Ceyran Həsənova layihənin icrasına maddi dəstək olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsində yaxından köməklik göstərən Xaçmaz Rayon İcra Hakimiyyətinə, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə təşəkkürünü bildirdi.

    Tədbir çay süfrəsi ilə sonlandı.

    Fotolar












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR