AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi strateji maraqlarımızın müdafiəsinə nə vəd edir?

  • + A
  • - A
  • 24-07-2025, 22:48

    Kritik informasiya infrastrukturunun təhlükəsizliyi strateji maraqlarımızın müdafiəsinə nə vəd edir?

    Məlum olduğu kimi, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradılıb. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) aidiyyəti əməkdaşlarından ibarət birgə komissiya kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı vəziyyəti daim diqqət mərkəzində saxlayacaq, lazım gələrsə, məlum infrastrukturun təhlükəsizliyi təmin etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirəcək. Bəs kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsini zəruri edən nədir?

    Kritik informasiya infrastrukturunun qorunması, informasiya təhlükəsizliyini ilə yanaşı, həm də milli təhlükəsziliyin ayrılmaz tərkib hissəsidir. Müasir dünyamızda ölkə həqiqətlərinin təbliğində informasiya resurslarının rolunun son dərəcə artdığı, habelə, informasiya cəbhəsinin əsas mübarizə meydanına çevrildiyi heç kimə sirr deyil. Belə olan halda bu cəbhənin “döyüş qabiliyyətinin” qorunub saxlanılması və mütəmadi şəkildə yaxşılaşdırılması milli maraqlar baxımından həyati əhəmiyyət kəsb edir. Elə bu səbəbdən də müasir müharibələrdə tərəflər bir-birlərinin hərbi obyektləri ilə yanaşı, həm də informasiya infrastrukturuna zərbə endirməyə, onları sıradan çıxarmağa çalışır. Cari ildə İranla İsrail arasında baş verən qısamüddətli müharibə zamanı İsrail ordusunun İran dövlət televiziyasının binasına zərbə endirməsi faktı buna nümunədir.

    Bütün bunlar onu deməyə əsas verir ki, bu gün informasiya təhlükəsizliyi milli təhlükəsizliyin başlıca komponentlərindən birinə çevrilib ki, bu da informasiya infrastrukturunun təhlüksəzilyini aktuallaşdırır. Bu baxımdan kritik informasiya infrastrukturunun qorunması DTX tərəfindən sadəcə informasiya deyil, həm də milli təhlükəsizliyimiz istiqamətində atılan mühüm addım hesab edilə bilər.

    Heç şübhəsiz, DTX-nın bu addımı Azərbaycan Respublikasının informasiya cəbhəsinin daha da möhkəmlənməsini, informasiya infrastrukturunun təhlkəsizliyinin daha da güclənməsini təmin edəcək, anti-Azərbaycan qüvvələrinin informasiya platformasındakı hücumlarını daha effektiv dəf etməyə imkan verəcək. Bu isə dövlətimizin strateji maraqlarının uğurlu müdafiəsi, milli təhlükəsizliyinin effektiv təmini deməkdir.

    Seymur ƏLİYEV



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR