Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinə və müharibə iştirakçılarına sosial-psixoloji dəstək” adlı layihəsini uğurla həyata keçirir.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi (AİİYM) 2025-ci ilin may ayından etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinə və müharibə iştirakçılarına sosial- psixoloji dəstək” adlı layihəsini uğurla icra edir. Layihənin mahiyyəti müharibədən zərçəkmiş şəxslərə - şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına sosial-psixoloji xidmətlərin göstərilməsi ibarətdir.
Layihə çərçivəsində Tovuz rayonunda yaradılmış sosial-psixoloji dəstək mərkəzində şəhid ailələrinə, müharibə əlillərinə, müharibə iştirakçılarına və onların ailələrinə sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərilməsi ilə yanaşı həmin şəxslərə dair qanunvericilik və dövlət proqramları ilə bağlı maarifləndirilməsi və evlərdə səyyar sosial-psixolji xidmətləri göstərilməsi uğurla həyata keçirilir.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.