Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi regionda ictimai dinləmələr həyata keçirir.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2025-ci il iyunun 23-də Şabran rayonunda “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində ictimai dinləmə i tədbiri həyata keçirdi. Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi İbrahim Əhmədov, Şabran rayon İcra Hakimiyyətinin başçısının müavini Natavan Mustafayeva, hüquq şöbəsinin müdiri Ramin Ağayev və rayon Hüquq mühafizə orqanlarının ( polis, prokurorluq, məhkəmə) təhsil, sahiyyə, sosial xidmətlər, mədəniyyət, bəldiyyə və ictimaiyyətin digər nümayəndləri iştirak etmişdir. Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri məlumat verərək bildirmişdir ki, layihədə qaldırılan problemlər ümumilikdə bütün cəmiyyəti narahat edən və getdikcə nəzarətdən çıxan bir sıra münasibətləri əhatə edir. Əsasən insan alveri cinayəti, uşaq əməyinin istismarı, erkən nigahlar və qeyri ənənvi cinsi münasibətlərin sosial şəbəklərədə təşviqi ciddi narahatçılığa səbəb olduğu xüsusi vurğulanmışdır. İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi İbrahim Əhmədov mövzu ətrafında çıxış edərək iştirakçılara problem, onunla mübarizə üsulları və bu sahədə dövlətin gördüyü işlər barəsində geniş məlumat vermişdir. Mövzu ətrafında müzakirələr aparılmış, tövsiyə və təkliflər irəli sürülmüşdür. Tədbir iştirakçıların interaktiv fəallığı ilə baş tutumuşdur. Tədbirdə 25 nəfər iştirak etmişdir.
TəkliflərYay tətili günlərində boş qalan məktəblərdə uşaqların asudə vaxtının ( sosiallaşma, yaradıcılıq potensialının artması, psixoloji sabitliyin yaranması və.s) daha səmərli təşkili məqsədi ilə yay düşərgələrinin təşkili.
Müxtəlif yaradıcılıq dərnəklərinin, müassir informasiya texnologiyalarına əsaslanan kurslar təşkil etməklə uşaq və yeniyetmələrin bu sahəyə olan həvəsini daha səmərəli istiqamətə yönləndirilməsi,
Yay tətili günlərində müəyyən işlərdə çalışaraq ailə büdcəsinə töhfə vermək istəyən yeniyetmələr üçün məşğulluq xidməti tərfindən imkan və siyasətlərin hazırlanaraq bu sahədə qanuna yğun, daha qorunan əməyin təşkili
Sosial şəbəklər üzərində müəyyən filtirlərin tətbiqi
Regionlarda gənclər üçün kiçik və orta sahibkarlıq fəaliyyyətini dəstəkləyən xüsusi dövlət çətirinin tətbiqi ( vergi, infrastuktur, lisenziya və digər güzəştlər)
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.